Hazırda ABŞ-ın MLS liqasında mübarizə aparan "İnter Mayami CF" komandasının formasını geyinən Leonel Messi klub tərəfindən böyük dəyər hesab edilir.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş əsgəri məşhur futbolçunu qoruyur.
Onun cangüdəni futbolçunu stadionun girişində və matç zamanı müşayiət edir.
Messinin cangüdəni hətta matçlar oynanarkən belə futbolçunu meydanın kənarından izləyir, matç yarımçıq qalanda isə dərhal futbolçunun yanına gedir.
Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm "İnter Mayami"nin heyətində 8 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.