"Fənərbağça"nın son transferi Xorvatiya Millisinin qapıçısı Dominik Livakoviç müqavilə imzalamaq üçün İstanbula gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Fənərbağça" klubu "Dinamo Zaqreb" komandasında oynayan və Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçin transferini rəsmi olaraq açıqlayıb.
Xorvatiyalı futbolçu səhhəti yoxlanıldıqdan sonra "Fənərbağça" ilə müqavilə imzalayacaq.
Dominik Livakoviç 9 yanvar 1995-ci ildə Xorvatiyada anadan olub. Xorvatiya millisinin qapıçısı Prva HNL komandalarından olan “Dinamo Zaqreb”də çıxış edib. Peşəkar karyerasına 2012-ci ildə NK Zaqrebdə başlayıb.
Aygün
Manşet.az