Azərbaycan cüdoçuları medal sıralamasında birinci oldular

20:38 - 26 Avqust 2023

Azərbaycan cüdoçuları medal sıralamasında birinci oldular

Azərbaycanın yeniyetmə cüdoçuları Xorvartiyada keçirilən dünya çempionatında fərdi yarışları medal sıralamasına görə birinci pillədə başa vurublar.

 

Manset.az Report-a istinadən xəbər verir ki, yığma üzvləri turnirdə 8 mükafat qazanıblar.

Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

Yaponiya millisi 2 qızıl və 1 gümüş medalla ikinci sıradadır. Azərbaycan kollektivi mükafatların sayına görə lider olub.

Qeyd edək ki, avqustun 27-də komandalararası yarış baş tutacaq.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az