“Neftçi” Debretsendə 1/4 finala yüksəldi

18:17 - 27 Avqust 2023

“Neftçi” Debretsendə 1/4 finala yüksəldi

Macarıstanda təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qrup oyunları keçirilib.

 

Manset.az xəbər verir ki, "Neftçi" ilk qrup oyununda Ukrayna millisi ilə üz-üzə gəlib və rəqibini 22:6 hesabı ilə məğlub edib.

"Neftçi"nin qrupdakı sonuncu oyunu ABŞ-ın U-24 seçməsinə qarşı olub. Rəqibini 21:9 hesabı ilə məğlub edən Azərbaycan komandası qrup lideri kimi 1/4 finala yüksəlib.

"Neftçi" nin 1/4 final oyunu, sabah Bakı vaxtı ilə saat 21:10-da D qrupunu ikinci sırada tamamlamış kollektivə qarşı baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az