"Neftçi" onunla müqaviləni uzatdı

18:37 - 28 Avqust 2023

\"Neftçi\" onunla müqaviləni uzatdı

“Neftçi” fubolçusu İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini uzadıb. 

 

Manset.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2023/24-cü illər mövsümünün sonunda bitməli olan anlaşma daha 1 illiyə artırılıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Zülfüqarlı əsas komandada keçirdiyi 5 mövsüm ərzində 63 oyunda meydana çıxıb, 4 qola imza atıb.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl İvan Brkiç və Emin Mahmudovla müqavilənin müddətini uzadıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az