Azərbaycan millisi Bakıda Belçika yığmasına məğlub oldu - YENİLƏNİB

19:12 - 09 Sentyabr 2023

Azərbaycan millisi Bakıda Belçika yığmasına məğlub oldu - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.

 

 

Manset.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda Belçikanı qəbul edib.

“Dalğa Arena”da oynanılan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qola 38-ci dəqiqədə Yannik Karrasko imza atıb.

Qalibiyyət sayəsində xallarının sayını 10-a çatdıran belçikalılar F qrupunda liderliyə yüksəliblər. Azərbaycan yığması isə hesabındakı 1 xalla sonuncu yerdə qalıb.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.

***

 

Azərbaycan və Belçika milliləri arasında “Dalğa Arena”da keçirilən AVRO-2024-ün seçmə mərhələsinin V tur oyununda hesab açılıb.

 

Manset.az xəbər verir ki, qonaq komandanın yarımmüdafiəçisi Yannik Karrasko 38-ci dəqiqədə fərqlənib.

Belçika seçməsi hazırda 1:0 hesabı ilə öndədir.

17:02

Bakıda Azərbaycan və Belçika milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin V tur oyunu başlayıb.

Manset.az xəbər verir ki, qarşılaşma saat 17:00-da, “Dalğa Arena”da start götürüb.

Matçı serbiyalı Nenad Minakoviçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

***

Komandaların start heyətləri açıqlanıb:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku

Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi

Baş məşqçi: Domeniko Tedesko

***

Bu gün Azərbaycan futbol millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Manset.az xəbər verir ki, yığmamız V turda Belçika ilə üz-üzə gələcək.

Saat 17:00-da “Dalğa Arena”da baş tutacaq qarşılaşmanın baş hakimi Nenad Minakoviçdir. (Serbiya)

Qeyd edək ki, Canni De Byazinin kollektivi ilk üç oyununda aktivinə cəmi 1 xal yazdıra bilib. Rəqib Belçika millisi isə hazırda FİFA reytinqində 5-ci pillədə qərarlaşır.

Xal durumu: Avstriya - 10, Belçika - 7, İsveç - 3, Estoniya - 1, Azərbaycan - 1.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az