“Qarabağ” AL-nın qrup mərhələsi üçün iştirak ərizəsini açıqladı - Fransız legionerin adı yoxdur

13:03 - 09 Sentyabr 2023

“Qarabağ” AL-nın qrup mərhələsi üçün iştirak ərizəsini açıqladı - Fransız legionerin adı yoxdur

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. 

Belə ki, Azərbaycan çempionu 25 futbolçunun adını UEFA-ya təqdim edib.

Hücumçu Adama Diakabinin adı isə heyətə salınmayıb. Fransalı futbolçunun komandadan ayrılması gözlənilir.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 99. Andrey Lunyov

Müdafiəçilər: 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yasin Benziya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 66. Patrik Andrade, 83. Nihad Quliyev

Hücumçular: 17. Hamidu Keyta, 18. Juninyo, 19. Redon Cica, 90. Nəriman Axundzadə

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində, “Bayer” (Almaniya), “Hakken” (İsveç) və “Molde” (Norveç) ilə mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az