Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Lyaxnoviçlə görüşüb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Manset.az-a bildirilib ki, görüşdə dəmir yolu, avtomobil və hava nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlıq müzakirə olunub.
Azərbaycandan keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi və iki ölkə arasında nəqliyyat sahəsi üzrə rəqəmsallaşma məsələləri barədə fikir mübadiləsi aparılıb.