Neftin bu günə olan QİYMƏTİ

09:59 - 15 Noyabr 2025

Neftin bu günə olan QİYMƏTİ

Dünya əmtəə bazarlarında neft qiymətləri kəskin artım müşahidə olunub.


Manset.az xəbər verir ki, noyabrın 14-də Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin dekabr fyuçersləri 1,40 dollar və ya 2,39% artaraq bir barel üçün 60,09 dollar olub. ICE birjasında Brent markalı neftin 2026-cı ilin yanvar müqaviləsi isə 1,38 dollar və ya 2,19% yüksələrək 64,39 dollar səviyyəsində formalaşıb.

Analitiklər qeyd edirlər ki, neft qiymətlərində qeyd olunan artımın əsas səbəbi ABŞ-da kommersiya neft ehtiyatlarının gözlənildindən daha çox azalması, Yaxın Şərqdə geosiyasi risklərin təchizatla bağlı narahatlığı artırması və OPEC+ ölkələrinin hasilatı aşağı səviyyədə saxlamaq niyyətini yeniləməsidir. Bu faktorlar bazarda təklifin zəifləyəcəyi gözləntilərini gücləndirərək qiymətlərin yüksəlişinə səbəb olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az