Neftimizin bu günə olan QİYMƏTİ

10:23 - 19 Fevral 2026

Neftimizin bu günə olan QİYMƏTİ

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.


Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,03 ABŞ dollar və ya 2,95% artaraq 70,95 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 68,92 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az