Ölkənin birinci bankı Kapital Bank Qlobal Pul Həftəsi
(Global Money Week) çərçivəsində məktəblilərin maliyyə savadlılığının
artırılmasına yönəlmiş “Smart Money Talks” adlı maarifləndirici sessiya təşkil
edib.
Dünyanın bir çox ölkəsində hər il keçirilən Qlobal Pul
Həftəsi uşaqlar və gənclər arasında maliyyə savadlılığının artırılmasını
hədəfləyən beynəlxalq təşəbbüsdür. Bu təşəbbüs gənclərin erkən yaşlardan pulun
idarə olunması, maliyyə qərarlarının verilməsi və şəxsi maliyyə təhlükəsizliyi
ilə bağlı bilik və bacarıqlar əldə etməsini təşviq edir.
Kapital Bank da bu təşəbbüsə qoşularaq təşkil etdiyi “Smart
Money Talks” sessiyası ilə məktəblilərin maliyyə mövzularında ilkin
biliklərinin formalaşmasına töhfə verib. Sessiya zamanı iştirakçılar pul və
maliyyə anlayışları ilə tanış olub, şəxsi büdcənin idarə olunmasının əsas
prinsiplərini öyrəniblər. Onlara qənaət, maliyyə planlaşdırması və düzgün
maliyyə qərarlarının əhəmiyyəti barədə məlumat verilib. Eyni zamanda, gündəlik
həyatda rast gəlinən maliyyə riskləri və fırıldaqçılıq halları barədə maarifləndirici
məlumatlar təqdim olunub.
Elm və Təhsil Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə baş
tutan tədbirdə Bakı şəhərində yerləşən 34, 35, 36, 164 nömrəli tam orta
ümumtəhsil məktəblərinin və 246 nömrəli məktəb-liseyin 5-8-ci sinif şagirdləri
iştirak ediblər. Ümumilikdə 50 şagirdin qoşulduğu sessiya interaktiv formatda
təşkil olunub. Kapital Bank gənc nəslin maliyyə savadlılığının artırılması
istiqamətində təşəbbüslərini davam etdirməyi planlaşdırır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank
kartı sifarişi üçün – https://kbl.az/prcrc.