Azərbaycanda bu markalı benzin BAHALAŞDI

12:17 - 03 Avqust 2021

Azərbaycanda bu markalı benzin BAHALAŞDI

“Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik edilib.

Manset.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

O bildirib ki, ölkədə “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1,60 AZN olub:

“Aİ-98” markalı benzini xarici ölkədən idxal edirik. Məhsulun alış qiymətinin artması onun ölkəmizdə satış qiymətinin artmasına səbəb olub. Mənbə ölkələrdə məhsulun qiyməti artıb”.

Qeyd edək ki, “Aİ-98” super markalı benzinin qiyməti 1,55 AZN idi. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv