09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən Manset.az-a bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.
***
11:45
Beyləqan Mərkəzi rayon Xəstəxanasında körpə ölümü baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Belə ki, 2025-ci il təvəllüdlü körpə xəstəxanaya gətirilib. Onun səhhədi ağır olduğu üçün həyatını xilas etmək mümkün olmayıb.
O, reanimasiya şöbəsində keçinib.