Bloqerlərin reklam etdiyi şirkət vətəndaşları aldatdı - VİDEO

10:05 - 12 May 2025

Bloqerlərin reklam etdiyi şirkət vətəndaşları aldatdı - VİDEO

Bakıda bir qrup vətəndaş aldadılıb.


Manset.az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin "TikTok" reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər.

Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdiyi həmin şirkət vətəndaşların külli miqdarda vəsaitini mənimsəyib.

Şikayətçilərin sözlərinə görə, şirkətin verdiyi vədlərə inanmalarında sosial şəbəkələrdəki tanınmış simaların təsiri böyük olub.

Zərərçəkənlərdən bəziləri pulu qeyri-rəsmi qaydada verdiklərini desələr də, aralarında notarial təsdiqlə ödəniş edənlər də var.

Ətraflı süjetdə:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv