Bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri saxlanıldı

13:54 - 14 May 2025

Bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri saxlanıldı

Bakıda bir qrup vətəndaşa qarşı “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, tanınmış bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri 29 yaşlı Daşqın Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.

Onun barəsində Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır. 

Vətəndaşlara vurulan zərərin ödətdirilməsi istintaqın diqqətindədir, polis əməkdaşları tərəfindən tədbirlər görülür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv