Ana övladlarını bıçaqlayıb intihar etdi - Dəhşətli ailə faciəsi

20:51 - 11 Avqust 2025

Ana övladlarını bıçaqlayıb intihar etdi - Dəhşətli ailə faciəsi

İzmirin Dikili rayonunda baş verən dəhşətli hadisə hər kəsi sarsıtdı. Ailəvi problemləri olduğu iddia edilən Havin Gün adlı qadın, 2 yaşlı Avşin və 3 yaşlı Nevşin adlı qızlarını bıçaqladıqdan sonra intihara cəhd edib.



Manset.az türk mediasına istinadla xəbər verir ki, hadisə yerinə çağırılan təcili tibbi yardım və polis əməkdaşları yaralılara ilkin tibbi müdaxilə göstərib və onları təcili olaraq Dikili Dövlət Xəstəxanasına çatdırıblar.


Həkimlərin bütün səylərinə baxmayaraq, azyaşlı Avşin Gün həyatını xilas etmək mümkün olmayıb. Digər uşaq – Nevşin Gün isə ağır vəziyyətdə İzmir Şəhər Xəstəxanasına aparılıb. Onun həyatının hələ də təhlükədə olduğu bildirilib.


Havin Gün isə aparıldığı Çiğli Tədris və Araşdırma Xəstəxanasında həyatını itirib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az