Mingəçevirdə tekstil fabrikində iş yoldaşını bıçaqlayan şəxs saxlanılıb.
Manset.az xəbər verir ki, şəhər polis şöbəsi əməkdaşlarının əməliyyat axtarış tədbirləri nəticəsində tekstil fabrikində münaqişə zəminində 1984-cü il təvəllüdlü iş yoldaşı Elmir Nizami oğlu Qasımovu bıçaqlayaraq xəsarət yetirməkdə şübhəli bilinən, fabrikin əməkdaşı, Kəlbəcər rayon sakini Dağıbəyi Vəlizadə saxlanılaraq istintaqa cəlb edilib.