Tanınmış prodüser və televiziya aparıcısı Tarix Əliyev ata olub.
Manset.az xəbər verir ki, şou-biznesin məşhur simalarını ətrafına toplayan prodüser bu gün qızı Milananın “40 mərasimi”ni qeyd edib.
Məclisdən görüntüləri Tarix Əliyev şəxsi “Instagram” hesabında yayımlayıb.
Tədbirdə iştirak edən müğənnilər və digər şou-biznes nümayəndələri də mərasimlə bağlı paylaşımlar ediblər. Sosial şəbəkələrdə yayılan görüntülər ciddi müzakirələrə səbəb olub.