Nihat Doğan verilişdə sənətçi Bülent Ersoy haqqında iddialı fikirlər səsləndirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, o, Bülent Ersoyun həyatında bir şəxsin olduğunu iddia edib.
Canlı yayıma telefonla qoşulan Bülent Ersoy isə yayılan məlumatı qəti şəkildə təkzib edib və Nihat Doğanla bağlı sərt fikirlər səsləndirib. O, vaxtilə otel otağında müğənni İzzət Yıldızhanla yaşanan qalmaqallı hadisəni xatırladaraq, Nihat Doğanın “heç bir əxlaq ölçüsünün olmadığını” söyləyib.
Bülent Ersoyun bu açıqlamaları efirdə gərgin anlara səbəb olub.