Azərbaycanlı modelin bədəni bu səbəbdən ÇÜRÜYÜR - FOTO/VİDEO

22:20 - 29 Avqust 2023

Azərbaycanlı modelin bədəni bu səbəbdən ÇÜRÜYÜR - FOTO/VİDEO

Azərbaycanlı model və bloqer Leyla Mirzəliyevanın ard-arda keçirdiyi plastik və estetik əməliyyatları başına bəla olub.

 

Manset.az xəbər verir ki, Leyla sosial şəbəkə hesabında göz yaşı içində videomüraciət paylaşaraq bədəninin çürüdüyünü bildirib.

Model süni gelləri bədənindən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına uzandığını açıqlayıb:

"Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım yüzdə ondur. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin".

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az