Sinqapur hökumətinin dünya şöhrətli pop ulduzu Teylor Sviftə Cənub-Şərqi Asiya ölkələri arasında yalnız öz ərazisində konsert vermək üçün 18 milyon dollar ödədiyi iddia edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Sinqapurun Eras turu çərçivəsində Sviftin Cənub-Şərqi Asiyada yeganə tur dayanacağı olması digər Asiya ölkələrində müzakirələrə səbəb olub.
Belə ki, Tayland və Filippin Sinqapur rəhbərliyinə reaksiya verib.
Filippinli deputat Joey Salceda Sinqapur hökumətinin Teylor Svift ilə razılaşması digər regional güclərlə işləmək üçün nəzərdə tutulmuş hökumətin xəyanəti olduğunu deyib. Həmçinin, Salceda Filippin Xarici İşlər Nazirliyindən Sviftlə bağlanmış müqavilənin təfərrüatlarını açıqlamaq üçün Sinqapur administrasiyasına təzyiq göstərməsini xahiş edib:
“Ölkələrimiz yaxşı dostdur. Ona görə də bu cür hərəkətlər bizi üzdü”.
Tailandın baş naziri Srettha Thavisin isə Sinqapurun bu addımını olduqca ağıllı addım kimi qiymətləndirib. Thavis Sviftin niyə indiyəcən Taylandı seçmədiyi barədə çoxdan düşündüyünü bildirib. Thavisin Teylor Svift haqqında, "Əgər o, Taylanda gəlsəydi, onu burada təşkil etmək daha ucuz olardı və inanıram ki, Taylanda daha çox sponsor və turist cəlb edə bilərdik və bu konsert iqtisadiyyata əlavə dəyər qazandıracaqdı”.
Britaniyanın BBC telekanalı və ABŞ-ın Wall Street Journal (WSJ) qəzeti Sinqapurun bu addımının region ölkələri arasında “düşmənçilik yaratdığını” yazıb.
Sinqapur rəhbərliyi bu iddianı təkzib etməsə də, məşhur müğənniyə ödənilən məbləği açıqlamayıb.
Sinqapurun Turizm və Mədəniyyət Nazirliyi Sviftin dünyadakı konsertlərinin gətirdiyi iqtisadi faydalara toxunub. Yerli mətbuatda Teylor Svift-in Sinqapur konsertlərinin ölkə iqtisadiyyatına böyük töhfə verəcəyi bildirilib.
Əfsanə Rəcəb
Manşet.az