Azərbaycanda zəlzələ təhlükəsi var? - Seysmoloqdan açıqlama

11:16 - 30 İyul 2025

Azərbaycanda zəlzələ təhlükəsi var? - Seysmoloqdan açıqlama

Xəbər verdiyimiz kimi, Rusiyanın Kamçatka yarımadasının sahillərində 8 və 8,8 bal gücündə iki güclü zəlzələ baş verib. Rusiya və Yaponiyanın Sakit Okean sahilləri ilə yanaşı, bir sıra Sakit Okean adaları üçün sunami xəbərdarlığı edilib. Bəs, bu zəlzələlərin Azərbaycana təsiri ola bilərmi? Ölkədə zəlzələ təhlükəsi varmı? 


Rusiyada baş verən güclü zəlzələ ilə bağlı Manset.az-a danışan seysmoloq Tahir Məmmədli bildirib ki, hadisə Azərbaycan ərazisindən minlərlə kilometr uzaqda – Rusiyanın Yaponiyaya yaxın hissəsində qeydə alınıb.

Onun sözlərinə görə, zəlzələ çox böyük dərinlikdə və yaşayış məntəqələrindən aralıda baş versə də, sunami təhlükəsi mövcuddur və artıq Yaponiyanın sahillərinə çatıb.

“Bu, nadir və güclü zəlzələlərdən biridir. Amma Azərbaycana heç bir aidiyyəti yoxdur və bizə təsiri gözlənilmir”, – deyə o vurğulayıb.


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az