DİQQƏT! "Bank Respublika" ilə pul köçürməsi etməyin

17:20 - 23 Oktyabr 2025

DİQQƏT! \"Bank Respublika\" ilə pul köçürməsi etməyin

"Bank Respublika"da hesabdan pul köçürülməsi zamanı yaranan problem vətəndaşın narazılığına səbəb olub. Belə ki, vətəndaşın etdiyi pul köçürməsindən saatlar keçməsinə baxmayaraq məbləğ mədaxil olunacaq hesaba çatmayıb.


Manset.az xəbər verir ki, bununla bağlı şikayət zərərçəkən vətəndaş tərəfindən sosial şəbəkələrdə yazılıb. Vətəndaş bildirib ki, "Bank Respublika"nın əməliyyatı həyata keçirən əməkdaşına bir neçə gün sonra yaxınlaşsa da, əməkdaş ona texniki səhv olduğunu deyib. 

Vətəndaş texniki səhvlə bağlı nəyə görə xəbərdarlıq olunmamasının səbəbini soruşduqda isə əməkdaş onu cavabsız qoyub. 

Şikayətçinin sözlərinə görə, göndərilən məbləğ qarşı tərəf üçün vacib olub, çünki həmin şəxs səfərə çıxmalı imiş, lakin pulun vaxtında çatmaması səbəbindən aviabiletini ləğv etməli olub. O, bankı məsuliyyətsiz davranmaqda ittiham edib.

"Bank Respublika" bu cür laqeyd münasibətlə “müştəri məmnuniyyəti” anlayışını şübhə altına salır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az