Manset.az-ın baş redaktoru Əli Vəliyevin Ramiz Mehdiyevdən Qarabağda qazanılmış uğurlarla bağlı aldığı açıqlama dünən “Mir Şahinin vaxtı” verilişində yayımlanıb.
Manset.az xəbər verir ki, Ramiz Mehdiyevin ictimaiyyəti sarsıdan həmin məşhur açıqlaması Mir Şahinin bazar günü yayımlanan proqramının xüsusi reportajında səsləndirilib.
Mir Şahin Ağayevin məsələyə peşəkar və analitik yanaşması diqqət çəkib. O, Ramiz Mehdiyevin cavabındakı soyuqqanlığı, xalqımızın şanlı Qarabağ qələbəsini odlu-alovlu qeyd etməsi ilə qarşılaşdıraraq, mövzuya özünəməxsus ustad baxışını nümayiş etdirib. Veriliş izləyicilər tərəfindən böyük maraq və diqqətlə izlənilib.
Həmin görüntüləri verilişin 17:24-cü dəqiqəsindən etibarən izləyə bilərsiniz: