“Qadın və uşaq hüquqlarının qorunması sosial siyasətin əsas hissəsidir. Azərbaycan ailəsi milli kimliyin dayağı kimi qorunmalıdır”.
Manset.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu istiqamətdə 2020-2025-ci illər ərzində 7 qanunvericilik dəyişikliyi, 11 qayda və əsasnamə, 33 rəy və təklif, eləcə də 3 dövlət proqramının qəbul edilməsinə nail olunub.
Fidan Vəlisoy