"Direktor vəzifəsi üçün 10 min, müavin üçün 6 min verməlisən" - Müəllim

09:45 - 06 Noyabr 2025

\"Direktor vəzifəsi üçün 10 min, müavin üçün 6 min verməlisən\" - Müəllim

Yardımlı rayonunun Alçabulaq kənd tam orta məktəbində çalışan müəllim Nərimanov Fərman Səyyad oğlu təhsil müəssisəsində baş verən neqativ hallarla bağlı şikayət edib.


Manset.az-a verilən məlumata görə, ali təhsilli və 36 illik pedaqoji təcrübəyə malik olmasına baxmayaraq, məktəbdə ona cəmi 10 saat dərs yükü verilib. Müəllim iddia edir ki, məktəbin direktoru və sektor müdiri onun əlavə dərs saatı və gəlir əldə etməsinin qarşısını alır. Onun əvəzinə təcrübsiz və ali təhsili olmayan müəllimlərə yüksək məbləğ müqabilində əlavə dərs saatları verilir. 

Fərman Nərimanov bildirib ki, məktəbdə özbaşınalıq hökm sürür və direktor müavini vəzifəsinə görə mübahisələr yaşanır. Onun iddiasına görə, sektor müdürü bu vəzifəni tutmaq istəyənlərdən rüşvət tələb edir – direktor müavini olmaq üçün 6 min, direktor təyin olunmaq üçün isə 10 min manat məbləğində pul istənilir.

Bundan əlavə, o, məktəbdə saxta diplomla fəaliyyət göstərən şəxslərin də olduğunu qeyd edib. İddiaya görə, həmin şəxslər müəyyən məbləğ qarşılığında işə qəbul ediliblər.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya belə cavab verilib: 

"Təhsil müəssisəsində dərs saatları sinif komplektlərinin sayı və həmin tədris ili üçün təsdiq edilmiş tədris planına əsasən formalaşır. Yardımlı rayonu Əlifağa Xurşudov adına Alçabulaq kənd tam orta ümumtəhsil məktəbində fiziki tərbiyə fənni üzrə 24 saat dərs yükü var. Bunlardan 8 saatı ibtidai siniflərdədir ki, bu dərslər sinif müəllimi tərəfindən tədris olunmalıdır. Digər 16 saat dərs yükü iki müəllim arasında bölüşdürülüb. Diaqnostik qiymətləndirmənin nəticələri, təhsili və stajı nəzərə alınaraq Fərman Nərimanova 10 saat, digər müəllimə isə 6 saat dərs verilib". 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun fəaliyyəti ilə bağlı ünvanladığımız suallar isə təmamilə cavabsız qalıb. 


Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az