Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO  

18:19 - 09 Noyabr 2025

Xalq Bankdan kobud səhv: Azərbaycan bayrağını səhv təsvir etdi - FOTO  

"Xalq Bank" ASC 9 Noyabr - Bayraq Günü münasibətilə sosial şəbəkə səhifələrində etdiyi paylaşımda kobud səhvə yol verib.


Manset.az xəbər verir ki, bankın süni intellektlə hazırlanmış paylaşımında Azərbaycan bayrağı düzgün təsvir olunmayıb.

Dövlət bayrağının üzərində əks olunmuş ulduzun güşələrinin sayı azaldılaraq 7-yə endirilib, bu isə anlaşılmaz görüntü ortaya çıxarıb. 

Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. 

Bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə "Foton" MMC-yə məxsusdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az