31 Mart Soyqırımı - Azərbaycan tarixində qanlı izlər

13:49 - 31 Mart 2026

31 Mart Soyqırımı - Azərbaycan tarixində qanlı izlər

Bu gün 31 Mart - Azərbaycan xalqının tarixində silinməz izlər buraxan bir gündür. 1918-ci ildə erməni quldur dəstələri tərəfindən Azərbaycanlılara qarşı törədilən soyqırımda minlərlə günahsız insanın həyatına son qoyub, ailələr dağılıb, bir çox məhəllələr yer üzündən silinib. Bu soyqırım tarixə yalnız qanla yazılmayıb, həm də gələcək nəsillərə olan unudulmaz dərslərlə yadda qalıb. Soyqırımı gününün builki anım mərasimi Azərbaycanın müstəqil və güclü bir dövlət olaraq bu ağır təcrübədən necə yüksəldiyini və azadlıq uğrunda mübarizəsini dayanmadan davam etdirdiyini bütün dünyaya nümayiş etdirir.

 

Milli Məslisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında bildirib ki, soyqırımla bağlı vacib addımlardan biri ümumilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 26 martda 31 martın xüsusi gün elan olunması idi.


“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü 1918-ci ildə 15 martdan başlayaraq aprel ayını ortalarına qədər davam edən erməni, bolşevik, daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı törətdikləri tarixi cinəyətlərdir. Şübhəsiz ki, bu soyqırımı sadəcə 1918-ci il hadisələri ilə məhdudlaşdıra bilmərik. Çünki 1898-1903-cü illər, eləcə də 1903-1905-ci illərdə də yenə də Azərbaycan xalqına qarşı erməni-daşnaklar və rus-bolşeviklər tərəfindən soyqırımı törədilmişdir. Əlbəttə ki, soyqırım həqiqətinin ən ağır cinayətləri 1918-ci il mart qırğınlarıdır. Həmin günlərdə bolşevik-daşnak ittifaqı Bakıda, Şamaxıda, Qubada, Lənkəranda, Göyçay qəzasında - Azərbaycanın müxtəlif yerlərində 20 mindən çox vətəndaşımızı qətlə yetirib. Bunların hər biri günahsız insanlar idi. Onlar sadəcə dini və etnik mənsubiyyətlərinə görə öldürüldülər. Belə bir dəhşətli cinayətin törədilməsinə baxmayaraq, yaddaşımızda bu cinayətin daima yaşadılması və gənc nəslə ötürülməsi ilə bağlı xüsusi bir gün yox idi. 1998-ci il martın 26-da böyük dövlət xadimi Heydər Əliyev məhz 31 Martı Azərbaycanlıların Soyqırımı Günü kimi elan etməklə milli mübarizəmizi, dövlətçilik və milli yaddaşımızı bir daha bu faciəyə yönəldərək onun öyrənilməsi və bir daha bu cür hadisələrin baş verməməsi, milli və dövlət immuniteti yaradılması üçün bu günün qeyd edilməsini zəruri hesab edib”.

Deputat Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə ermənilərin bütün əməllərinin cavabını layiqincə verdiyini bildirib:

“Biz soyqırımın ardıcıllığını diqqət yetirsək, 1918-ci ildə bu bitmədi, daha sonra 1930-cu ildə, 1937-ci illərdə də davam etdi. Çünki hələ də SSRİ-yə daxil olmağımıza baxmayaraq daşnaklar yenə də İntevede adlandırılan qurumda mövcuddurlar və Azərbaycanın milli düşüncə sahibi olan insanlarına qarşı soyqırımını repressiya müstəvisində davam etdirirdilər. Bundan dərhal sonra 1948-1953-cü illərdə Ermənistandan Qərbi azərbaycanlıları məcburi deportasiya edərək yenə soyqırımı törətdilər. Nəhayət, 1990-cı ildə yanvar hadisələri, eyni zamanda 1992-ci ildə Xocalı soyqırımı eyni zəncirin müxtəlik halqalarıdır. Bu səbəbdən əlbəttə, Kəlbəcərdə baş verən “Tunel” qırğını da bu halqanın tərkib hissəsidir. Kəlbəcərdə törədilən Ağdaban faciəsi də bunun tərkib hissəsi idi.

Nəticə etibarı ilə 30 illik müharibə dövründə biz ayrı-ayrı coğrafiyalarımızda bu cür cinayətlərin törədildiyinə şahidlik etdik və bu cür cinayətlərə imza atan tamdem yenə də eyni idi. Bu, rus-erməni tandemi idi. Müxtəlif dövrlərdə bu bolşevik-daşnak və ya Sovet ordusu adlansa da, mahiyyət və məzmun dəyişmirdi. Bizə qarşı rus-erməni terroru davam edirdi. Nəhayət, 2020-ci ildə biz bunu sındırmağı bacardıq. Biz bütün bu cinayətlərə spn qoymaq üçün ilk dəfə 2016-cı ilin aprel döyüşlərində məhz tarixi yaddaşımıza, milli mübarizəmizə söykənərək qətiyyətli addım atdıq. Erməni işğalçılarına layiqli həmrəylik nümayiş etdirdik. 2020-ci ildə 44 günlük müharibədə isə Azərbaycan xalqına qarşı törədilmiş rus-erməni cinayətlərinə qarşı milli zəfərimizin akkordlarını vurmuş olduq”, - deyə Hikmət Babaoğlu fikirlərinə ifadə edib.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az