Böyük mütəfəkkir, maarifpərvər alim və şair Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi yağan güclü yağışlar nəticəsində uçub.
Manset.az-ın məlumatına görə, şairin Bakının Əmircan qəsəbəsində yerləşən evində divarın bir hissəsi dağılıb, nəticədə iri daş parçaları yol kənarına tökülüb. Dağılan hissə təhlükəsizlik məqsədiylə bağlanıb. İnsanların keçidi məhdudlaşdırılıb.
Hazırda tikili tamamilə dağılmaq təhlükəsi ilə üz-üzədir.
Ərazidən görüntüləri təqdim edirik: