Bakı Dövlət Universiteti Məleykə Abbaszadənin ali təhsil müəssisəsinə rektor təyin olunmasından sonra bir neçə şəxsi işdən çıxarması ilə bağlı xəbərlərə görə açıqlama yayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi yaydığı məlumatda belə informasiyaları təkzib edib.
“Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. Rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb”.
Universitet istənilən məlumatın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirilməsini xahiş edib.
“BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”.
Manşet.az