İlham Əliyev Zelenski ilə görüşdü - YENİLƏNDİ / FOTO

17:04 - 17 Fevral 2024

İlham Əliyev Zelenski ilə görüşdü - YENİLƏNDİ / FOTO

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.

 

Manset.az xəbər verir ki, Prezident Volodimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik edib, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd edib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***

15:42

Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.

Manset.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az