Ermənistan daha bir ölkə ilə hərbi əməkdaşlıq barədə razılaşdı

20:37 - 07 İyun 2024

Ermənistan daha bir ölkə ilə hərbi əməkdaşlıq barədə razılaşdı

Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanın başçılıq etdiyi nümayəndə heyəti Berlində alman həmkarları ilə danışıqlar aparıb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ermənistan və Almaniyanın müdafiə nazirlikləri arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair sənədlər imzalanıb.

Görüşlər zamanı Ermənistan və Almaniya arasında hərbi-texniki və hərbi-texnoloji əməkdaşlığa dair məsələlər müzakirə edilib, bir sıra razılaşmalar əldə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az