İranda güclü zəlzələ baş verdi

16:21 - 18 İyun 2024

İranda güclü zəlzələ baş verdi

İranın Rəzəvi Xorasan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 96,1 min nəfər əhalisi olan Kaşmir şəhərindən 3 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

İRNA agentliyi isə zəlzələnin 5 bal gücündə olduğu haqda məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin iki qrupu vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə göndərilib. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az