Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı 

18:05 - 19 İyun 2024

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

 

Manset.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.

Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli razılıqlar və tapşırıqlardan irəli gələrək, nazir Ceyhun Bayramovun ötən ayın sonu Pakistana həyata keçirilmiş rəsmi səfərinin nəticələri və əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az