"Azərbaycanla Ermənistan arasında sülh üçün əlimizdən gələni edəcəyik" - Gürcüstanın Xarici İşlər naziri

15:57 - 27 İyun 2024

\"Azərbaycanla Ermənistan arasında sülh üçün əlimizdən gələni edəcəyik\" - Gürcüstanın Xarici İşlər naziri

Gürcüstan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan bizim üçün həm yaxşı dost, həm də çox yaxşı strateji tərəfdaşdır.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramovla Tbilisidə keçirdiyi görüşdən sonra təşkil olunan brifinqdə deyib.

O bildirib ki, müxtəlif sahələrdə ikitərəfli əlaqələr inkişaf etdirilir:

"Gürcüstan Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması üçün əlindən gələni edəcək. Azərbaycanla Gürcüstan arasında iqtisadi layihələr həyata keçirilir. Bu, bizim region üçün çox önəmlidir". 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az