Bakıda 87 yaşlı qadının pulunu əlindən aldılar

13:54 - 29 İyul 2024

Bakıda 87 yaşlı qadının pulunu əlindən aldılar

Polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.  

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı Səməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az