Bakıda avtomobil təmiri sexi yandı

14:47 - 02 Sentyabr 2024

Bakıda avtomobil təmiri sexi yandı

FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Nizami rayonunda  avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

FHN-dən Manset.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğının ətraf ərazilərə və yaxınlıqdakı obyektlərə yayılmasının qarşısı alınıb.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az