“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, keçmiş Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edən əsas səbəblərdən biri məhz beynəlxalq riyakarlıq, ikili standartlar siyasəti olmuşdur. Münaqişənin sülh yolu ilə nizamlanması məqsədilə 1992-ci il martın 24-də təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 illik fəaliyyəti dövründə məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. BMT isə, işğalçı Ermənistana təzyiq göstərməkdə açıq-aşkar acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmiş, nəticədə Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il ərzində icra olunmamışdı.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. “Buna görə də Prezident İlham Əliyev 2003-2020-ci illər ərzində hər zaman deyirdi ki, məsələ sülh yolu ilə həll olunmasa, biz müharibə yolu ilə buna nail olacağıq. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti silahlı təxribatlarına cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu.”
K.Qafarov qeyd edib ki, Azərbaycanın 2020-2023-cü illər ərzində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindən çıxarılmasının zəruriliyi ilə bağlı dəfələrlə həm Ermənistan tərəfinə, həm də beynəlxalq təşkilatlara etdiyi çoxsaylı müraciətlərə baxmayaraq, qarşı tərəf nəinki bu öhdəliyinə əməl etməmiş, əksinə ölkəmizə qarşı silahlı təxribatlarının intensivliyini bir qədər də artırmışdı. Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin Anım Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən müharibənin başlandığı gün- sentyabrın 27-də keçirilir. Nəhayət, bütün bu cinayətlərə son qoymaq və ölkənin suverenliyini tam bərpa etmək məqsədilə Azərbaycan keçən il lokal xarakterli antiterror tədbirlərini keçirməli oldu.Azərbaycanın 2023-cü ilin 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi antiterror tədbirləri zərurətdən doğan bir addım idi və Ermənistan ölkəmizə qarşı terror siyasətindən əl çəkməyəcəyi təqdirdə belə bir aqibətlə qarşılaşacağı barədə dəfələrlə xəbərdarlıq almışdı. Buna baxmayaraq, Vətən müharibəsinin Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatmasından sonra keçən üç il ərzində ölkəmiz mütəmadi olaraq ermənilərin müxtəlif diversiyalarına, mina terroruna məruz qoyulurdu. Qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi və düşmən layiqincə cəzalandırıldı. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmır.”
“Hərbi əməliyyatlar işğala son qoymağın yeganə yolu idi” - Kamaləddin Qafarov
11:16 - 27 Sentyabr 2024
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
26 Sentyabr 2026 - 16:15
Media və Yayım Şurasından Türkiyə mediasındakı paylaşımlarla bağlı BƏYANAT
26 Sentyabr 2026 - 17:36
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etdi - FOTO/VİDEO
26 Sentyabr 2026 - 19:04
Dolu düşəcək, sulu qar yağacaq - Bəzi çaylardan sel keçəcək
26 Sentyabr 2026 - 20:06
"Dövlət işində işləmirdi ki, onu çıxartdırım" - Fəzail İbrahimli
26 Sentyabr 2026 - 19:31
Prezident və xanımı Formula 1-i izlədilər - YENİLƏNİB
26 Sentyabr 2026 - 14:53
Xaricdə iş və müxtəlif vədlərlə dələduzluq edən şəxs saxlanıldı
26 Sentyabr 2026 - 22:12
Qızı evə taksi ilə gəldi - Əsəbiləşib arvadını döydü
26 Sentyabr 2026 - 23:16
Maşın siqnalına görə mübahisə başladı - Ölümlə nəticələndi
26 Sentyabr 2026 - 23:34
Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi
26 Sentyabr 2026 - 22:33
Naxçıvanda 2 bacı bıçaqlandı
26 Sentyabr 2026 - 20:45
Ağcabədidə AĞIR QƏZA - 2 qardaş öldü
26 Sentyabr 2026 - 22:52
"Şamaxinka"da 3 lift 2 aydır işləmir - VİDEO
Xəbər xətti
- 27 Sentyabr 2026
- 14:43 Güclü daşqınlara görə məktəblər bağlanır
- 14:32 Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTOLAR
- 14:25 Dələduzlar 11-17 yaşlı uşaqları hədəf alırlar
- 14:04 “AzerGold” QSC şəhid ailələrinin Şuşaya səfərini təşkil etdi - FOTOLAR
- 13:44 Avropa ölkəsində xəbərdarlıq - 3 günlük ərzaq və su ehtiyatı saxlayın
- 13:25 Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu
- 13:00 Masallıda "Zəfərə yazılan 44 günün ilk səhifəsi" mövzusunda tədbir keçirildi - FOTOLAR
- 12:40 Sabah hava necə olacaq?
- 12:26 Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - FOTOLAR
- 12:20 Kamran Əliyev və prokurorluq əməkdaşları Zəfər abidəsini ziyarət etdilər
- 12:04 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTOLAR
- 11:55 Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkı ziyarəti ilə bağlı PAYLAŞIM
- 11:41 Azərbaycanda zəlzələ oldu
- 11:38 "Məkkə ittifaqı müsəlmanların birləşməsi üçün atılmış addımdır" - Pezeşkian
- 11:20 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı
- 11:00 Rəsmilər Zəfər parkında oldular - FOTOLAR
- 10:41 Kanadada helikopter qəzasında 4 nəfər həlak oldu
- 10:21 İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkında oldular
- 10:15 Naxçıvanda maşın aşdı, ölən var - FOTO
- 09:55 Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
- 09:38 Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən və yaralanan var
- 09:20 Tokayev hərbçilərin ölümünə görə müdafiə nazirini işdən çıxardı
- 09:09 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başladı
- 09:00 Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
- 08:30 Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - SƏBƏB
- 08:00 Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
- 01:30 Çay və ya qəhvə sümüklərin kövrəkliyini azalda bilərmi?
- 00:02 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi
- 00:01 Azərbaycanda Anım Günüdür
- 26 Sentyabr 2026
- 23:48 Tovuzda 2 məktəblini maşın vurdu
- 23:34 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi
- 23:16 Maşın siqnalına görə mübahisə başladı - Ölümlə nəticələndi
- 22:52 "Şamaxinka"da 3 lift 2 aydır işləmir - VİDEO
- 22:33 Naxçıvanda 2 bacı bıçaqlandı
- 22:12 Qızı evə taksi ilə gəldi - Əsəbiləşib arvadını döydü
- 21:44 İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum etdi
- 21:20 Pakistanda partlayış - 12 nəfər öldü
- 21:07 Leyla Əliyeva Milli Onkologiya Mərkəzində - VİDEO
- 20:45 Ağcabədidə AĞIR QƏZA - 2 qardaş öldü
- 20:24 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair PAYLAŞIM
- 20:06 "Dövlət işində işləmirdi ki, onu çıxartdırım" - Fəzail İbrahimli
- 19:43 "Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər" - Pezeşkian
- 19:31 Prezident və xanımı Formula 1-i izlədilər - YENİLƏNİB
- 19:21 Kəngərlidə AĞIR QƏZA - Ölən var
- 19:04 Dolu düşəcək, sulu qar yağacaq - Bəzi çaylardan sel keçəcək
- 18:44 Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Yaralı var
- 18:23 İtkin düşən 5 nəfər tapıldı
- 18:07 Sumqayıt məktəbində 1 tualet var - Qız valideynlərindən NARAZILIQ
- 17:46 Formula 1 Azərbaycan Qran-prisinin qalibi mükafatlandırıldı - FOTOLAR
- 17:36 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak etdi - FOTO/VİDEO
- 17:30 “Onlar üçün həqiqətən qürur duyuram” - Rassell