Ermənistan silahlı bölmələrinin Azərbaycan dövlət sərhədində təxribatları davam edir.
Manset.az xəbər verir ki, Qaynarinfo-nun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan ordusu lazımi addımlar atır.
Bu dəqiqələrdə Ermənistan mətbuatından əldə etdiyimiz məlumata görə, təxribatçı ordu əhəmiyyətli itkilər verib. Belə ki, Ermənistan tərəfi 10 hərbçinin öldüyü, 6 hərbçinin isə əsir düşdüyünü xəbər verir. Bundan əlavə, 6 hərbçinin də yaralandığı bildirilir.
Həmçinin erməni əsgərləri 2 mövqeyi də tərk edərək qaçıb.
Məlumata görə, Zəngəzurun Qızıltəpə dağı istiqamətində intensiv atışmalar gedir.