Təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın nəşi torpağa tapşırılmaq üçün II Fəxri xiyabana gətirilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dəfn mərasimində onların ailə üzvləri, rəsmi şəxslərlə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edir.
İnsanlar sonuncu dəfə qəhrəman heyət üzvləri ilə vidalaşırlar.