“AZAL-a məxsus təyyarənin Rusiyanın hava məkanında vurularaq qəzaya uğraması və nəticədə baş vermiş çoxsaylı insan tələfatı bütün xalqımızı sarsıdan bir faciədir. Bu hadisə tam dəqiqliyi ilə araşdırılacaq və bütün təfərrüatlar müəyyən edilərək həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə təqdim olunacaq”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, təhqiqatın birbaşa cənab Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanması buna heç bir şübhə yeri qoymur. “Dekabrın 29-da möhtərəm dövlət başçımızın Azərbaycan Televiziyasına verdiyi müsahibədə də qəza ilə bağlı ölkə ictimaiyyətini narahat edən bütün məqamlar barədə detallı açıqlamalar öz əksini tapmışdır. Cənab Prezident hər zaman olduğu kimi, prinsipial və qətiyyətli mövqe nümayiş etdirərək baş verənləri obyektiv qiymətləndirdi və Azərbaycanın gözləntilərini açıq mətnlə ifadə etdi. Qeyd olundu ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və məhz bu səbəbdən idarəetməni itirmişdir. Bu da məlumdur ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri müəyyən əsassız versiyalar üzərində dayanmağa üstünlük verərək, məsələni ört-basdır etmək istəyirlər. Əlbəttə ki, burada hər hansı bir qəsddən, terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Bununla belə, Azərbaycanın Rusiya tərəfinə konkret tələbləri var. Cənab Prezident bu tələbləri açıq mətnlə səsləndirdi və bildirdi ki, birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir, ikincisi, öz günahını etiraf etməlidir və üçüncüsü, günahkarları cinayət məsuliyyətinə cəlb etməklə cəzalandırmalıdır. Bu tələblər birmənalı olaraq ədalətlidir. Qeyd edək ki, bu tələblərdən birincisi artıq təmin edilib və ümid edirik ki, Rusiya tərəfi düzgün qərar qəbul edərək, Azərbaycanın digər iki tələbini də təmin edəcək.”
Fikirlərini davam etdirən K.Qafarov baş vermiş faciə zamanı Qazaxıstanın əsl dost mövqeyi nümayiş etdirdiyini xüsusi vurğulayıb: “Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd olunduğu kimi, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişmiş və insanları dağılmış füzelajdan çıxartmağa başlamışlar. Qazaxıstan xilasediciləri və həkimləri öz həyatlarını riskə atmaqla əsl qəhrəmanlıq göstərmişdilər. Bütün bunlar Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, Azərbaycanla həmrəy olduqlarını bildirdilər. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, əsl dostluq, qardaşlıq nümayişi idi. Baş vermiş hadisə faciə ilə nəticələnsə də, Azərbaycanla Qazaxıstan arasında dostluğu və qardaşlığı daha da gücləndirdi” .
“Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir” - Kamaləddin Qafarov
10:47 - 09 Yanvar 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
16 Sentyabr 2026 - 14:32
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
16 Sentyabr 2026 - 15:29
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
16 Sentyabr 2026 - 16:16
Zabitlərin hərbi rütbədə olma müddəti dəyişir
16 Sentyabr 2026 - 11:35
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SƏRƏNCAM
16 Sentyabr 2026 - 13:38
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - RƏSMİ
16 Sentyabr 2026 - 16:45
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
16 Sentyabr 2026 - 16:08
Prezidentdən Ülvi Quliyevlə bağlı SƏRƏNCAM
16 Sentyabr 2026 - 10:07
Müğənninin qardaşı baş həkim təyin olundu
16 Sentyabr 2026 - 17:05
Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
16 Sentyabr 2026 - 09:37
19 illik məhkum zabitə zor tətbiq edib? – Məhkəmə
16 Sentyabr 2026 - 23:53
Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var - YENİLƏNİB
16 Sentyabr 2026 - 18:41
Metrodan ötən gün istifadə edən sərnişinlərin SAYI
Xəbər xətti
- 17 Sentyabr 2026
- 01:30 Həftəsonları çox yatmaq təzyiq riskini azaldır
- 00:30 Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir
- 16 Sentyabr 2026
- 23:53 Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var - YENİLƏNİB
- 23:46 Canlı yayımda söyüş söyən gənc saxlanıldı
- 23:16 İmişlidə zəlzələ oldu
- 22:51 Sabirabadda maşın piyadanı vurub öldürdü
- 22:34 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 22:19 Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri artacaq
- 22:00 Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb ÖLDÜ
- 21:42 Gələn il dollar neçəyə olacaq?
- 21:38 Uşaqlar üçün sosial şəbəkə qadağası - Aİ-dən sosial mediyaya sərt məhdudiyyət
- 21:21 Əli Nağıyev Qazaxıstana səfər etdi
- 21:09 Yəməndəki husilər Səudiyyə Ərəbistanına hücum etdi
- 20:56 Öz qızlarını zəncirləyərək çarpayıya bağladılar - DƏHŞƏT
- 20:43 Süni intellekt insanlığı yox edə bilər?
- 20:27 Azərbaycanın mərc şirkəti erməni klubunu mərc platformasına daxil etdi - FOTO
- 20:14 Araz Əhmədov Mahmudavarda şəhid məzarlarını ziyarət etdi - FOTOLAR
- 19:51 “Qafqaz Albaniyasının xristian irsinin izləri Azərbaycanda var”
- 19:35 Hakan Fidan və Əraqçinin təcili telefon danışığı baş tutdu
- 19:29 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
- 19:17 Təhsil haqqı artdı - Tələbələr etiraz aksiyası keçirdilər
- 19:12 Bu istiqamətlərdə qatar reyslərinin sayı növbəti dəfə artırılır
- 18:50 3 aya 8 min şəxs istidən həlak oldu
- 18:41 Metrodan ötən gün istifadə edən sərnişinlərin SAYI
- 18:28 Firudin Qurbanov Bilik Günü tədbirində iştirak edib - FOTOLAR
- 18:25 Belçika da "Avroviziya"dan imtina edə bilər
- 18:14 Şəmkirdə evdə YANĞIN - Xəsarət alan var
- 17:57 Şimali Koreyadan gərginlik yaradan açıqlama - "Nüvə silahından istifadə oluna bilər"
- 17:55 Bakıda 16 istiqamətdə sıxlıq var - SİYAHI
- 17:42 Avtomobillə toqquşan marşrut avtobusu aşdı - Yaralılar var (VİDEO)
- 17:30 "Fənərbağça" azarkeşlərinə ŞAD XƏBƏR - FOTO
- 17:23 Rusiya Zelenskiyə sui-qəsd hazırlayıb?
- 17:05 Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
- 16:55 Badamdarda yaşayış binasında partlayış - Xəsarət alan var
- 16:45 Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
- 16:31 Avtovağzal metrosuna 3 dəqiqəlik məsafədə mənzillər - Biləcəridə hansı seçimlər var?
- 16:19 Şahin Mustafayev yenə bu Federasiyanın prezidenti seçildi
- 16:16 Zabitlərin hərbi rütbədə olma müddəti dəyişir
- 16:08 Prezidentdən Ülvi Quliyevlə bağlı SƏRƏNCAM
- 16:00 Elçin Mirzəyev və Yaşar Eyvazovun həbs müddəti uzadıldı
- 15:53 "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı araşdırmaya başlanıldı
- 15:46 Ramiz Mehdiyevin işində onlar da dindirildi
- 15:39 Rusiya sərnişin avtobusunu vurdu - Çox sayda ölən və yaralananlar var
- 15:29 “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
- 15:20 Abşeron dairəvi dəmir yolu üzrə sərnişin daşınmasında rekord göstərici qeydə alındı
- 15:10 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı
- 14:58 Avropa İttifaqından Kanadaya tarixi addım
- 14:49 "Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır" - Hikmət Hacıyev
- 14:47 Qızıl mədənində uçqun - 60 nəfər həlak oldu
- 14:40 Prezidentin sosial media hesablarında "Qobustan" GES-in açılışı ilə bağlı paylaşım edildi
- 14:32 Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq