Syerra-Leone Respublikasının Prezidenti dövlət başçısına qəza ilə bağlı başsağlığı verdi

19:20 - 13 Yanvar 2025

Syerra-Leone Respublikasının Prezidenti dövlət başçısına qəza ilə bağlı başsağlığı verdi

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

 

Manset.az xəbər verir ki, məktubda deyilir:

"2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.

Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az