"Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub" - İlham Əliyev

16:55 - 22 Yanvar 2025

\"Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub\" - İlham Əliyev

Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib.

Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az