Vilayət Eyvazovdan generalın rəis qardaşının yerinə Yeni Təyinat(FOTO)

14:30 - 05 Dekabr 2021

Vilayət Eyvazovdan generalın rəis qardaşının yerinə Yeni Təyinat(FOTO)

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə yeni rəis təyin olunub.

 

Manset.az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, vəzifəyə polis mayoru Natiq Teymurov təyinat alıb. O, bu təyinatadək həmin şöbədə baş təhqiqatçı işləyib.

Qeyd edək ki, 4-cü polis şöbəsinin sabiq rəisi Rahib Mirzəyev sentyabr ayında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. R.Mirzəyevin müavini rəisin intiharından öncə 26-cı Polis Bölməsinə rəis təyin olunub. Bu zaman N.Teymurov müavini əvəz edib. Rəisin intiharından sonra baş təhqiqatçı rəisin vəzifələrini icra edib.

Xatırladaq ki, R.Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az