ABŞ hava qüvvələrinə məxsus təyyarə Ermənistan-Azərbaycan sərhədində - ŞOK KƏŞFİYYAT

00:14 - 06 Dekabr 2021

ABŞ hava qüvvələrinə məxsus təyyarə Ermənistan-Azərbaycan sərhədində - ŞOK KƏŞFİYYAT

ABŞ Hərbi Hava Qüvvələrinin 38-ci RS/55-ci WG “Boeing RC-135V Rivet Joint” təyyarəsi Krım sahillərinə yaxınlaşaraq Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirib.

 

“Ölkə.az” “Report”a istinadən xəbər verir ki, bu barədə “PlaneRadar” saytı məlumat yayıb.

Məlumata görə, o, Krit adasındakı Suda aviabazasından havaya qalxıb. Təyyarə monitorinq apardıqdan sonra Ermənistan-Azərbaycan sərhədi istiqamətində yola düşüb. “Boeing RC-135V Rivet Joint” daha sonra Gürcüstanın hava məkanına daxil olub.

Xarici mətbuat daha əvvəl Tel-Əviv-Moskva reysi ilə uçan sərnişin təyyarəsinin Amerikanın kəşfiyyat təyyarəsi ilə təhlükəli məsafədə yaxınlaşmaması üçün Qara dəniz üzərində istiqaməti dəyişməli olması barədə xəbər yayıb. Federal Hava Nəqliyyatı Agentliyi məlumatı təsdiqləyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az