"Ermənistan bu 2 məsələ ilə razılaşmırmış" - Nazir açıqladı

17:50 - 26 Avqust 2025

\"Ermənistan bu 2 məsələ ilə razılaşmırmış\" - Nazir açıqladı

"ATƏT-in Minsk Qrupu prosesdən kənarlaşdırılıb".


Manset.az xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan regionda sülhün davamlı olması üçün ciddi addımlar atdı.

"Açıq şəkildə bəyan etdi ki, Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Bu dövrdə Azərbaycanla və Ermənistan arasında sülh danışıqlarında əldə edilmiş bəzi nailiyyətlərə baxmayaraq, Ermənistanın sürətlə silahlandırılması normallaşma prosesinin yekunlaşdırılmasına ən başlıca maneə idi", - o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan cari ilin yanvar ayının sonuna qədər sülh sazişi üzrə müəyyən müddəalara razılıq vermirdi: “Ermənistan xüsusilə məhkəmələrdə iddiaların geri çəkilməsi və sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlı bəndləri qəbul etmirdi. ABŞ səfəri çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin Donald Trampın şahidliyi ilə imzalanan Birgə Bəyannamə Azərbaycanın sülh gündəliyini təsdiq edir”, - XİN başçısı bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az