Rəsmi Bakıdan səfirliyimizə dəyən ziyanla bağlı AÇIQLAMA

18:34 - 28 Avqust 2025

Rəsmi Bakıdan səfirliyimizə dəyən ziyanla bağlı AÇIQLAMA

"Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib".


Manset.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.

"Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", - məlumatda deyilir.

***

18:03

Ötən gecə Rusiyanın Ukrayna paytaxtı Kiyevə atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin 100 metrliyinə düşüb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı jurnalist Denis Kazanski öz "X" hesabında paylaşım edib.

O, verdiyi xəbəri təsdiqləmək üçün zərbənin nəticələrini əks etdirən kadrları da paylaşıb.

"Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyini vurub, lakin bir az yan keçib. Raket binadan təxminən 100 metr aralıya düşüb. Daha əvvəllər ruslar Azərbaycanın bir neçə neft anbarını bombalamışdılar. İndi açıq şəkildə səfirliyə terror hücumlarına keçiblər", - deyə o yazıb.

Düşən raketin yanğına və güclü partlamaya səbəb olduğu məlum olub.

İyulun ortalarında Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığındakı ərazi raket atəşinə məruz qalmışdı. Bundan başqa, Rusiya Silahlı Qüvvələri Ukraynada Azərbaycanın enerji obyektlərini dəfələrlə atəşə tutub.

Qeyd edək ki, ötən gecə Rusiya Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbələri endirib. Nəticədə içində uşaqlar da olmaqla, son məlumatlara görə, 18 nəfər həlak olub, 48 nəfər yaralanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az