Ölkənin hərbi prokuroru dəyişidiriləndən sonra bu qurumda illərlə çalışmış əksər yüksək rütbəli şəxslər yola salınır.
Manset.az Gununsesi.info-ya istinadən xəbər verir ki, vəzifəsini itirmək növbəsi hərbi prokurorun birinci müavini general-mayor Şəfahət İmranova çatıb.
Bildirilir ki, yaxın günlərdə Şəfahət İmranovun vəzifəsindən uzaqlaşdırılması barədə əmr elan olunacaq.
Bununla belə generala yaxın mənbələr onun artıq özü üçün yeni iş yeri müəyyən etdiyini də deyib.
Belə ki, Şəfahət İmranov yaxın zamanlarda Daxili Qoşunların Hərbi İnstitutunda prorektor vəzifəsinə təyinat alacaq.