"XXI əsrdə əsas qarşıdurmalar sivilizasiyalar və ideologiyalar arasında olacaq”.
"Sivilizasiyaların toqquşması” nəzəriyyəsinin müəllifi Samuel Hantinqton hesab edirdi ki, gələcəyin savaşları mədəniyyət, dəyərlər və ideologiyalar üzərində qurulacaq.
Onun fikrincə XXI əsrdə silahdan çox, media vasitəsilə təsir, mədəniyyət ixracı, dəyərlərin təbliği və informasiyanın manipulyasiyasıəsas müharibə vasitələrinə çevriləcək.
Bu gün dünyada ideoloji müstələkiçilik dövrüdür.
Hantinqtonun "Sivilizasiyaların toqquşması” nəzəriyyəsi artıq reallığa çevrilib.

Artıq müharibələr təkcə silah və ordularla deyil, ideyalar, mədəniyyət və informasiya vasitəsilə aparılır.
Böyük güclər kiçik ölkələri ələ keçirmək üçün ideologiya yolunu seçirlər - bəzən "demokratiya”, bəzən "insan haqları”, bəzən isə "mədəni inteqrasiya”, bəzən feminizm, bəzən LGBT, bəzən "nowar”çılıq adı altında xalqın düşüncəsini, dəyərlərini və milli kimliyini dəyişdirməyə çalışırlar.
Bu gün dünyada ideoloji müstəmləkəçilik dövrüdür. Bu dövr torpaqları deyil, zehinləri işğal edən bir dövrdür. Kim informasiyanı, mədəniyyəti və ideologiyanı idarə edirsə, dünyanı da o idarə edir.
İdeoloji müstəmləkiçik dövründə Türkiyə modeli:
Türkiyə bu gün dünyada ideoloji savaşların ən ön cəbhəsində dayanan ölkələrdən biridir.2013-cü ildəki Gezi parkı hadisələrindən başlayaraq dövlətin sütunlarını içəridən sarsıtmaq istəyən "paralel strukturlar”, dövlətin içinə sızmış agentlər, radikal müxaliflər, casuslar, xaricdən idarə olunan media şəbəkələri sistemli şəkildə zərərsizləşdirildi.
Yəqin xatırlayırsınız ki, Gezi Parkı hadisələri zahirdə ekoloji etiraz kimi başlayıb, amma qısa zamanda ideoloji və informasiya savaşına çevrildi. O dövrdə daxili radikalların, bəzi müxalif partiyaların, solçu qüvvələrin, xarici agentura şəbəkələrinin və beynəlxalq media qurumlarının dəstəyi ilə "ekoloji aksiya” ən böyük siyasi hərəkata çevrildi.
Hadisələrin əvvəlində məqsəd sadəcə parkda ağacların kəsilməsinə etiraz idisə, qısa zamanda bütün ölkəni bürüyən xaosa çevrildi.

Bu, klassik "rəngli inqilab” ssenarisinə uyğun idi - əvvəl ekoloji, sonra siyasi tələblər irəli sürülürdü. Sorosçu gənclər polisin şırnağı qarşısında dünyaya sevgi, havadalarına isə inqilab mesajı verirdilər.
Gezi hadisələri zamanı Twitter, Facebook və YouTube vasitəsilə saxta məlumatlar, manipulyativ videolar və "polis xalqı öldürür” kimi emosional çağırışlar geniş yayıldı.
Türkiyə hökumətinin o dövrdə apardığı araşdırmalara görə, etirazların ilk 10 günü ərzində paylaşılan tvitlərin yüz minlərlə bot hesab tərəfindən yayıldığı və onların böyük hissəsinin xarici IP ünvanlarından göndərildiyi aşkarlandı. Məqsəd isə aydın idi: Türkiyə cəmiyyətində panika, inamsızlıq və iqtidardan uzaqlaşma hissi yaratmaq və dövləti parçalamaq.
Türkiyə rəhbərliyi Gezi olaylarından sonra çox yaxşı anladı ki, artıq təhlükə təkcə sərhədlərdən gəlmir — beyinlərdən, mediadan və ideoloji manipulyasiyadan gəlir. Dövlətin təhlükəsizliyini təmin etmək üçün informasiya suverenliyi, milli ideologiyanın qorunması və ideoloji infiltrasiyaya qarşı müqavimət prioritetə çevrildi.
Azərbaycana qarşı yönələn təxribatlar və təhdidlər
Və bu gün elə bir dövrə gəlmişik ki, dünyada elə bir siyasi vəziyyət yaranıb ki, Azərbaycan dövlətinin ideoloji sərhədlərini qorumaq təkcə Dövlətimizin deyil, bütövlükdə hər bir fərdin ən ümdə vəzifələrindən biri olmalıdır.
Ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası isə dövlətin və hər bir fərdin mənəvi sərhədi və qırmızı xətti olmalıdır olmalıdır.
Hər kəsə bəllidir ki, Azərbaycanda xalq-iqtidar birliyi çox güclüdür. Xalqın ümid yeri hər zaman dövlətimiz və onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevdir. Hətta bu birlik dünyanın bir çox ölkəsinə nümunə sayıla biləcək həddədir.
Ancaq Ramiz Mehdiyev olayı göstərdi ki, daxildə və xaricdəki anti-Azərbaycan qüvvələr təşkilatlanmaq üçün kiçik bir fürsət, zərrə qədər qığılcım axtarır. Onlar hər zaman ayıq-sayıqdırlar, pusqudadırlar.

44 günlük müharibədən əvvəl Əli Kərimlinin sosial media üzərindən "Azərbaycan ordusu hərbi əməliyyat aparmağa qadir deyil” sözləri ilə Ramiz Mehdiyevin "tarixi Zəfərimizi necə qiymətləndirirsiniz” sualına "mən bu haqda danışmaq istəmirəm” cavabı eyni mərkəzlərin beyin məhsulu deyildisə, bəs nə idi?

Hacıbəy Heydərli,