Türkiyə PA-dan Azərbaycanla bağlı dezinformasiya XƏBƏRDARLIĞI

19:32 - 07 Mart 2026

Türkiyə PA-dan Azərbaycanla bağlı dezinformasiya XƏBƏRDARLIĞI

“Son günlərdə bölgəmizdə baş verən hadisələr fonunda bəzi platformalarda, xüsusilə sosial mediada Türkiyə–Azərbaycan əlaqələrinə və Azərbaycana qarşı həddini aşan tənqidlər, dezinformasiya və təxribat xarakterli paylaşımlar edilir”.


Manset.az xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında deyilir.

“Sarsılmaz tarixi və ortaq dəyərlərlə bir-birinə sıx bağlı olan Türkiyə və Azərbaycan sadəcə bu gün deyil, keçmişdə də dəfələrlə qarşılaşdıqları sınaqlardan uğurla çıxıblar. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ikitərəfli münasibətlər bütün səviyyələrdə “Bir Millət, İki Dövlət” şüarı altında həyata keçirilir.

Biz ictimaiyyətin bu qardaşlığa zərər verə biləcək həddini aşan sözlərə, dezinformasiyalara və qara piar fəaliyyətlərinə qarşı daha həssas olması, kritik məsələlərdə Türkiyə və Azərbaycanın rəsmi qurumlarının açıqlamalarını nəzərə alması vacib hesab olunur”, - məlumatda qeyd olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az